XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

13 Mart 2016 - 10:32

İran Sumqayıtda avtomobilzavodu açır

 

avtozavod

 

Iranın Şərqi Azərbaycan vilayətindən Bakıya ezam olunan heyətin Azərbaycan Respublikasının iqtisad naziri və İran və Azərbaycanın Müştərək İqtisadi komissiyasının azərbaycanlı rəhbəri Şahin Mustafayevlə görüşdə iki tərəf Azərbaycanad avtomobilqayırma bölməsinin yaradılması sahəsində razılığa gəliblər.

Strateq.az İRİB-ə istinadən bildirir ki, görüşdə iki tərəfin əməkdaşlıq sahələri araşdırıldıqdan sonra Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikası arasında müştərək investisiya ilə Azərbaycanın Sumqayıt sənaye şəhərciyində avtomobilqayırma bölməsi yaradılsın.

Bu iclasda həmçinin tərəflər kənd təsərrüfatı yedəkləri, xüsusilə də traktor və lokomotivlərin İrandan satın alınması barəsində fikir mübadiləsi aparıblar. Qərara alınıb ki, bu sahədə Azərbaycandan Təbrizə heyətin ezam olunması ilə addımlar atılsın.

Şərqi Azərbaycan valisinin siyasi-təhlükəsizlik məsələləri üzrə müavininin başçılıq etdiyi heyət Bakıya səfər edib. Bu heyətdə vilayətin yüksək səviyyəli müdirləri, o cümlədən valinin iqtisad və insan resursları məsələləri üzrə müavini, Traktorsazi Zavodunun və Maşınqayırma Zavodunun icraçı direktorları iştirak edib.