XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

12 İyun 2020 - 22:43

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb – Xəsarət alanlar var

Bakının Nərimanov rayonunda avtobus qəzaya uğrayıb.

Hadisə Ziya Bünyadov prospektində baş verib.

Z.Bünyadov və Atatürk prospektlərinin kəsişməsində 211 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusunun qəfil təkəri partlayıb. İdarəetmədən çıxan avtobus səkiyə çırpılıb. Qəza zamanı avtobusdakı sərnişinlər – 1957-ci il təvəllüdlü Mirzəxanova Dilarə Cəlil qızı və 1977-ci il təvəllüdlü Allahyarova Bikə xəsarətlər alıb.

Yaralılar D.Mirzəxanova hər iki ayağının topuq sümüklərinin sınığı, B.Allahyarova dizinin sınığı diaqnozları ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır. (apa)