XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2020 - 23:34

Samur-Abşeron kanalında batan 2 şəxsin meyiti tapılıb –FHN

Bu gün Samur-Abşeron kanalında boğulan 2 nəfərin meyiti tapılıb. 

Qusar rayonu, Samur qəsəbə sakinləri – 1993-cü il təvəllüdlü Əlirzayev Əlirza Tofiq oğlu və 1988-ci il təvəllüdlü Qasımov Vadim Ənibala oğlunun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Samur-Abşeron su kanalında 2 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Qusar rayonu, Samur qəsəbəsi ərazisindən keçən hissəsində 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. (apa)