XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 İyun 2020 - 11:14

Azərbaycanda 5 illik fəaliyyət planı hazırlanacaq- Uşaqlara dair Strategiyanın icrası üçün

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrası üzrə fəaliyyət planı planı hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun imzaladığı  “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın 2020-2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.