XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

13 İyun 2020 - 12:29

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərin sərnişinlərinin- NƏZƏRİNƏ

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərin sərnişinləri aviabiletlərini dəyişə və ya ödədikləri məbləği geri ala bilərlər.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, AZAL aviaşirkəti Bakı-Naxçıvan və NaxçıvanBakı reyslərinə aviabilet əldə edənlakin karantin şəraitində uçuşların dayandırılması ilə əlaqədar həmin aviabiletdən istifadə edə  bilməyən sərnişinlərə təkrar müraciət edir.

Qeyd edilən sərnişinlər ləğv edilmiş reyslərə aviabiletləri 7 iyul tarixindən (daxil olmaqla) yerinə yetiriləcək reyslər üçün yeni tarixlərə ödənişsiz dəyişə bilərlər.

Reysin yerinə yetirilməsindən imtina edildiyi halda aviabiletin dəyəri həmin sərnişinlərə tam həcmdə geri qaytarılacaq.

Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərə aviabiletlər üçün ödənilmiş vəsaiti sərnişinlər Nizami küçəsi 126A ünvanında yerləşən aviaşirkətin xüsusi ofisinə müraciət edərək geri ala bilərlər.

Yeni aviabiletin rəsmiləşdirilməsi üçün [email protected] elektron poçtu vasitəsilə və ya +99412 4934004, +99412 4937121, +99412 5988880 telefon nömrələrinə zəng edərək aviaşirkətin çağrı mərkəzinə müraciət etmək lazımdır.