XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

13 İyun 2020 - 13:11

Sabah hava necə olacaq?- PROQNOZ

İyunun 14-də Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli və isti olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24, gündüz  35-40, Bakıda  gecə 21-23, gündüz 38-40 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan  aşağı 752  mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz  30-40 faiz təşkil edəcək.

14 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  dağlarda duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.