XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

13 İyun 2020 - 15:37

Nazirlik:"18 ixtisasın adı dəyişib, 46 yeni ixtisas əlavə olunub"

Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” təsdiq olunub.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas əlavə olunub.

Eyni zamanda, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, magistraturaya qəbul imtahanı yalnız bir mərhələli olacaq. İmtahan Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçiriləcək.

Jurnalistika üzrə magistraturaya və xüsusi qabiliyyət tələb edən ixtisasların ixtisas magistraturasına qəbul olmaq istəyənlər qəbul imtahanını verdikdən sonra əlavə olaraq qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanlarının proqramları və keçirilmə vaxtı DİM tərəfindən elan olunacaq.