XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

13 İyun 2020 - 19:40

Bu il 262 nəfər barədə ictimai işlər növündə cəzanın icrası təmin edilib

İctimai işlər növündə cəzanın daha səmərəli tətbiqi və icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı əməli işlər görülüb, o cümlədən qanunvericilik təkmilləşdirilib, yerli icra hakimiyyəti orqanları ilə daha səmərəli qarşılıqlı fəaliyyət qurulub, ictimai işlərin keçirildiyi yerlərdə məhkumların işlədikləri vaxtlarda mütəmadi monitorinqlər aparılıb.

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin 5 ayı ərzində 262 nəfər barədə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası təmin edilib. Bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 50.675 saat ictimai işlər yerinə yetirilib.