XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 June 2020 - 22:27

Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı müvəqqəti dayandırılır

Ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.

AZAL-dan APA-ya verilən məlumata görə, satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Qeyd etməliyik ki, 7 iyul tarixinədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək.