XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2020 - 13:54

Müxalifət liderinin evində axtarış aparılıb, ifadə verməyə çağırılıb –Ermənistanda

Ermənistan Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana məxsus “Onira klab” şirkətində 60 milyon dollar (29 milyard darm) dəyərində qanun pozuntusu aşkarlandığı barədə məlumat yayıb.

Dövlət büdcəsinə 60 milyon dollar ziyan vurulması ilə bağlı cinayət işi açılıb, istintaq və məhkəmə-prosessual hərəkətlərinə başlanıb.

Bu gün səhər Q. Tsarukyana məxsus villada və “Çiçəklənən Ermənistan” Partiyasının regionlardakı ofislərində axtarışlar aparılıb.

“Çiçəklənən Ermənistan” Partiyasının mətbuat katibi Sveta Tonoyan bəyan edib ki, Q. Tsarukyan şirkəti etibarnamə ilə idarəetməyə verib və özü bizneslə məşğul deyil.

İyunun əvvəlində hökuməti istefaya çağıran Q. Tsarukyana deyib ki, villasında aparılan axtarışlar siyasi xarakter daşıyır: “Bu, əlbəttə, siyasi təqibdir. Mən bəyan etmişdim ki, hökumət vəziyyətlə bacara bilmir. Hazırda pandemiya ölkədə tübyan edir, 3 ay sonra aclıq başlayacaq”.

Partiya sədri ifadə vermək üçün Milli Təhlükəsizlik Xidmətinə çağırıldığını bildirib: “Mən hazırda ifadə verməyə gedirəm, ancaq hansı suallara cavab verməli olduğumu bilmirəm. Məni şantaj etmək, qorxutmaq nəticə verməyəcək”.  

Xatırladaq ki, “Çiçəklənən Ermənistan” Partiyası Ermənistan parlamentində ikinci böyük fraksiyaya malikdir. /APA