XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2020 - 16:52

Rusiya Xarici İşlər və Müdafiə nazirlərinin Türkiyəyə səfəri təxirə salınıb –Vaxt dəyişdirildi

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun bu gün İstanbula planlaşdırılan səfərləri təxirə salınıb.

Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə və Rusiya Xarici İşlər və Müdafiə nazirləri arasında görüşün başqa bir vaxta keçirildiyini açıqlayıb.

Bu gün də Türkiyənin Xarici İşlər naziri Mövlud Cavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı zamanı tərəflər yaxın günlərdə iki ölkənin Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində görüşün keçirilməsini məqbul sayıblar. /APA