XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2020 - 21:34

Britaniyada COVID-19:yoluxanların sayı 295,9 minə çatır

Böyük Britaniyada bir gün ərzində koronavirus qurbanlarının sayı 36 nəfər artaraq, 41 698 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, son sutkada COVID-19-a yoluxanların sayı 1 514 nəfər artıb. Beləliklə, virusa yoluxanların ümumi sayı 295 889 nəfərə yüksəlib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.