XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2020 - 22:29

Türkiyədə koronavirusdan daha 15 nəfər ölüb –Səhiyyə naziri açıqladı

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 15 nəfər ölüb.

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 45176 şübhəli koronavirus testindən keçib, onlardan 1562-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4807 nəfər ölüb, 178239 nəfər bu infeksiyaya yoluxub, 151417 nəfəri isə müalicə olunub.

Nazir bildirib ki, Türkiyədə bu gün infeksiyaya yoluxma sayı sağalan xəstə sayını keçib, 1330 xəstə sağalaraq evə buraxılıb. /APA