Gürcüstanda son sutka ərzində koronavirusa 15 yeni yoluxma faktı qeydə alınıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da, qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların sayı 879-a çatıb. Onların 704-ü sağalıb, 14-ü isə vəfat edib.
Hazırda ölkə üzrə karantində 2 795, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır. (report)