Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi ləğv olunub.
Bu barədə Gürcüstan hökumətinin Aparat rəhbəri Natia Mezvrişvili bildirib.
Onun sözlərinə görə, bu gündən kəndə giriş-çıxış bərpa olunub.
Qeyd edək ki, Getada COVID-19-a son yoluxma halı mayın 16-da qeydə alınıb. Kənddə sərt karantin rejimi mayın 15-dən etibarən tətbiq olunurdu. (report)