XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 June 2020 - 22:58

Bakıda hündürmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib –FHN

Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, hadisə zamanı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanına yığılan tikinti materialları 3 m² sahədə yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.