XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 June 2020 - 10:31

Direktor:"Tokio olimpiadası yenidən təxirə salına bilər"

Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin direktoru Haruyuki Takahasi olimpiadanın yenidən təxirə salına biləcəyini söyləyib. 

Məlumata görə, funksioner oyunları 2021-ci ilin yayında keçirmək istədiklərini bildirib. Takahasi deyib ki, Tokio olimpiadasının ləğvinin qarşısını almaq mütləq lazımdır.

Onun sözlərinə görə, Yay Olimpiya Oyunlarının ləğvi Yaponiya və dünya iqtisadiyyatına böyük zərbə vuracaq: “Yaz aylarında olimpiadanın iyul – avqustda keçirilməsinin problemli olduğu aydın olarsa, Belnəlxalq Olimpiya Komitəsi ilə növbəti dəfə müzakirə apara bilərik”.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul – 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust – 5 sentyabrda keçirilməsi qərara alınıb/Report.