XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 İyun 2020 - 11:07

İranın XİN başçısı Moskvaya getdi –Lavrovla müzakirə aparılacaq

İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin Rusiyaya səfəri başlayıb.

“Mehr” agentliyi xəbər verir ki, o, Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.

Qeyd edək ki, İran XİN başçısı Rusiya paytaxtına Türkiyənin İstanbul şəhərindən gedib.

O, Türkiyəyə ikigünlük rəsmi səfəri zamanı ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Səfər çərçivəsində Suriya, İraq, Liviya və Livandakı vəziyyət, o cümlədən ikitərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunub/Report.