XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

17 İyun 2020 - 13:44

Azərbaycan əhalisinin dərmana çəkdiyi xərc 42 faizdən çox artıb- Statistika Komitəsi

Bu yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14 567,2 milyon manatlıq, o cümlədən 7 827,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 739,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,7% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,2% artıb. Son 1 ildə elektron ticarət dövriyyəsində isə 1,7 dəfə artım olub.

Hesabat dövründə əmtəə bazarı və onun illik dinamikası aşağıdakı göstəricilərlə xarakterizə olunub:

o cümlədən:
ərzaq məhsulları 7 036,6 103,5
içkilər və tütün məmulatları 791,1 100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 2 172,9 81,9
elektrik malları və mebellər 834,3 94,9
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 100,5 98,4
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 262,3 142,2
avtomobil benzini və dizel yanacağı 807,3 99,2
digər qeyri-ərzaq malları 2 562,2 98,6

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,3%-i ərzaq məhsullarının, 5,4%-i içkilər və tütün məmulatlarının, 14,9%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2020-ci ilin yanvar-may aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,6%-i ticarət müəssisələri, 49,5%-i fərdi sahibkarlar, 26,9%-i isə bazar və yarmarkalar hesabına satılıb. 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 13,4%, fərdi sahibkarlar üzrə 0,5% artıb, bazar və yarmarkalarda isə 15,1% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,6 manat və yaxid ötən ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq malları alıb.