XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 June 2020 - 14:47

Bu gün Rusiyadan daha 150 nəfər Azərbaycana təxliyə edilib

Rusiyadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini Vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da) havaya qalxıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, avialaynerdə 150 nəfər var.

“Təyyarə Moskvanın Domodedovo hava limanından havaya qalxıb. Avialaynerin göyərtəsində 150 soydaşımız var. Aviareys saat 12:00-a nəzərdə tutulsa da, bir az gecikmə yaşanıb”, – məlumatda bildirilib.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən hazırda Rusiyada yaşayan və evegedirem.info saytında qeydiyyatdan keçən vətəndaşlar Vətənə yola düşəcəkləri gün və saat barədə telefon zəngi və ya SMS vasitəsilə xəbərdar ediləcəklər.