XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

17 İyun 2020 - 16:04

İmtahanların keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb –Açıqlama + FOTO

Dövlət İmtahan Mərkəzi 18 və 19 iyunda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.

Mərkəzdən Strateq.az-a verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə uyğun olaraq, imtahan binalarında bir sıra profilaktik tədbirlər həyata keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə dünən və bu gün təkrar baxış keçirilib və bütün imtahan binalarında və otaqlarda, dəhlizlərdə dezinfeksiya və təmizlik işləri aparılıb və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.

Bundan əlavə, şagirdlərin (abituriyentlərin) imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.

İşlər yekunlaşdıqdan sonra imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.