XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

17 İyun 2020 - 21:02

“Şərq Tərəfdaşlığı” sammitində nələr müzakirə olunacaq?- Açıqlandı

İyunun 18-də keçiriləcək “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin liderlərinin videokonfransında müzakirə olunacaq əsas məsələlər açıqlanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, toplatında üç əsas məsələ nəzərdən keçiriləcək.

Bu məsələlərə COVID-19 pandemiyası və Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinə ictimai sağlamlıq və sosial-iqtisadi sahələrdə köməyi, proqramın strateji əhəmiyyəti və gələcək perspektivləri daxildir.

Ölkə rəhbərləri pandemiya dövründə dezinformasiyaların yayılması, dondurulmuş münaqişələr və onların həlli üçün səylərin gücləndirilməsini də müzakirə edəcəklər.

Videokonfrans formatında baş tutacaq sammitdə “Şərq tərəfdaşlığı” təşəbbüsünün gələcək prioritetləri, Aİ və proqrama üzv ölkələr arasında gələcək əlaqələr və əməkdaşlıq məsələləri də diqqət mərkəzində olacaq.