XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

18 İyun 2020 - 10:32

Bu gün Aİ və “Şərq Tərəfdaşlığı” ölkələri liderlərinin videokonfransı keçiriləcək –Nələr müzakirə olunacaq?

Bu gün Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin liderlərinin videokonfransı keçiriləcək.

“Report” xəbər verir ki, ilkin olaraq iyunun 18-də “Şərq Tərəfdaşlığı”nın ənənəvi sammitinin keçirilməsi planlaşdırılmışdı, lakin koronavirus pandemiyası səbəbindən toplantının keçirilməsindən imtina edilib və videokonfransın keçirilməsinə dair razılıq əldə olunub.

Sammit Avropa Şurasının prezidenti Şarl Mişelin sədrliyi, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellin iştirakı ilə keçiriləcək.

Sammitdə Aİ üzvü olan 27 ölkənin rəhbərlərinin, eləcə də “Şərq Tərəfdaşlığı” ölkələrinin – Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna rliderlərinin iştirak edəcəyi gözlənilir.

Liderlər “Şərq Tərəfdaşlığı”nın strateji əhəmiyyətini bir daha təsdiqləyəcəklər. Onlar həmçinin COVID-19 böhranı zamanı həmrəyliyin vacibliyini, o cümlədən Aİ-nin “Şərq Tərəfdaşlığı” regionunda pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində göstərdiyi əhəmiyyətli dəstəyi vurğulayacaqlar.

Bundan əlavə, liderlər “Şərq Tərəfdaşlığı” siyasətinin uzunmüddətli hədəflərini və 2021-ci ilin əvvəlində keçiriləcək sammitdə təsdiqlənməli olan 2020-ci ildən sonrakı inkişafını müzakirə edəcəklər.

Qeyd edək ki, Aİ 2009-cu ildən “Şərq Tərəfdaşlığı” proqramını həyata keçirir. Proqramın əsas məqsədi altı ölkə – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.