“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tram arasında Liviyaya dair ortaq bir yanaşma var”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Türkiyə XİN və Müdafiə Nazirliyi Liviyada əməkdaşlıq üçün təlimat alıblar.