XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 İyun 2020 - 23:38

Naxçıvana uçuş üçün siyahıya yazılanlar…- Bakıdakı daimi nümayəndəlikdən müraciət

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatında bildirilir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində 23, 25, 30 iyun və 2, 7 iyul tarixlərində Naxçıvana uçuş üçün siyahıya yazılan şəxslər (7 iyul tarixinə yazıların bir qismi növbəlilik əsasında istisna olmaqla) 20 iyun 2020-ci il tarixində Naxçıvana uçuş üçün hazır olmalıdırlar.

“Bunun üçün bu şəxslər təqdim etdikləri whatsapp nömrələrini AZAL-dan daxil olacaq linkləri qəbul etmək və bilet almaq üçün gün ərzində diqqətdə saxlamalı və bilet alandan sonra sabah gecikmədən TƏBİB-in müəyyən etdiyi yerdə testdən keçməlidirlər”, – deyə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd edib.