XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 June 2020 - 11:47

Avrokuboklarda yeni mövsümün püşkatmalarının vaxtı açıqlanıb –UEFA

Çempionlar Liqası və Avropa Liqasında 2020/21 mövsümünün təsnifat və qrup mərhələsinin püşkatma vaxtları müəyyənləşib.

UEFA ilk püşk tarixi kimi avqustun 9-nu seçib.

Həmin gün Çempionlar Liqasında I seçmə mərhələsinin püşkü atılacaq və Azərbaycan çempionu “Qarabağ”ın rəqibi müəyyənləşəcək.

Ertəsi gün isə Avropa Liqasında I seçmə mərhələnin püşkatma mərasimi təşkil olunacaq, “Neftçi”, “Keşlə” və “Sumqayıt” rəqiblərini tanıyacaq.

Çempionlar Liqasının püşkatmaları:
I seçmə mərhələ – 9 avqust
II seçmə mərhələ – 10 avqust
III seçmə mərhələ – 31 avqust
Pley-off mərhələsi – 1 sentyabr
Qup mərhələsi – 1 oktyabr

Avropa Liqasının püşkatmaları:
I seçmə mərhələ – 10 avqust
II seçmə mərhələ – 31 avqust
III seçmə mərhələ – 1 sentyabr
Play-off mərhələsi – 18 sentyabr
Qrup mərhələsi – 2 oktyabr

(Apasport.az)