XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 June 2020 - 17:35

Bakı ilə Təl-Əviv arasında birbaşa uçuş həyata keçiriləcək –Səfirlik

İsrailin “Israir Airlines” aviaşirkəti Bakı ilə Təl-Əviv arasında birbaşa aviareys həyata keçirəcək.

İsrailin Azərbaycandakı səfirliyi xəbər verir ki, aviareys iyunun 24-də baş tutacaq.

Uçuş əsasən Azərbaycanda qalmış İsrail vətəndaşlarına istiqamətlənib.

Xatırladaq ki, İsrail hava yollarını xarici ölkə vətəndaşları üçün sərhədləri avqustun 1-dən açacaq. Azərbaycanın hava limanları müntəzəm uçuşlar üçün avqustun 1-nə qədər bağlı qalacaq. Ölkədə karantin rejimi tətbiq edildikdən bəri isə yalnız xüsusi çarter reyslərinə icazə verilir.