XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 June 2020 - 17:40

Sərt karantin rejimində hərəkətə məhdudiyyətlərin tətbiqi…- DİN nəzarət edəcək

Müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarında əksini tapıb.

Qərara əsasən, müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.