XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

19 İyun 2020 - 21:42

Bərbərxana və gözəllik salonları fəaliyyət göstərməyəcək- Xüsusi karantin rejimində

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə,Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan etibarən  məhdudiyyətlər tətbiq olunacaq.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarında bildirilib. Verilən məlumata görə, fəaliyyətinə icazə verilməyən sahələr sırasına bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət)  də daxildir.