XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 12:31

Ankara terrorunda ölənlərin sayı 37-yə çatdı –Rəsmi

paris-terror

Ankarada dünən törədilən terror aktı nəticəsində ölənlərin sayı 37-ə çatıb.

Məlumatı NTV telekanalı yayıb. 

Hazırda xəstəxanalarda 71 yaralı var. Onlardan 15-i reanimasiya şöbəsindədir. Ümumilikdə, hadisə nəticəsində 125 nəfər xəsarət alıb. 

Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu ölən və yaralananlarla bağlı son məlumatları jurnalistlərə çatdırıb: “30 vətəndaşımız hadisə yerində həyatını itirib. Xəstəxanada ölənlərin sayı isə 7 nəfərdir…”.

Ölənlərdən biri və ya ikisinin intiharçı-terrorçu olduğu ehtimal edilir. 

Musavat.com