Xüsusi karantin rejimi tətbiq olunan Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonununda iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılır.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov APA-ya açıqlamasında bildirib ki, xüsusi karantin rejimi günlərində iri ticarət mərkəzləri ilə yanaşı, “Mall”ar da fəaliyyətini dayandıracaq.
Qeyd edək ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin ediləcək.