Gürcüstanda koronavirusa yoluxanların sayı 1 nəfər artaraq 896-ya çatıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19-a yoluxanların 741-i müalicə olunaraq sağalıb, 14-ü isə dünyasını dəyişib.
Hazırda ölkə üzrə karantində 2 891, stasionar nəzarətdə isə 256 nəfər saxlanılır. (report)