XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 İyun 2020 - 11:20

TƏBİB-in şöbə müdiri:“Virus bölgə, sərhəd, yaş tanımır”

“Sosial məsafə və əl gigiyenasına xüsusi diqqət yetirilməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Qarayeva deyib ki, Bakı ilə müqayisədə rayonlarda, bölgələrdə insanlar ümumiyyətlə, virus yoxdur kimi hərəkət edirlər: “Virus bölgə, sərhəd, yaş tanımır. Virusun yaşaması üçün bizim hüceyrələrimizə ehtiyac yoxdur”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu gün COVID-19 mutasiyaya uğrayır: “Bu gün aprel və may ayları ilə müqayisədə xəstələr fərqlidir, ağırlaşmalar çoxdur. Orta və cavan yaşlı xəstələrimizdə ciddi ağırlaşma ilə müşahidə olunan hallar görürük”.