XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 June 2020 - 17:23

Tovuzda yol çəkilişi zamanı qaz borusu partlayıb, yaralılar var- FOTO

Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusu partlayıb, yaralılar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xatınlı kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, yol çəkilişi zamanı qaz borusu partlayıb. Hadisə nəticəsində 1957-ci il təvəllüdlü, Tovuz rayon Düz Cırdaxan kənd sakini Məhərrəm Süleymanov və 1966-cı il təvəllüdlü, Bakı şəhər sakini Sənan İsmayılov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. M. Süleymanovun vəziyyəti ağır, S. İsmayılovun vəziyyəti isə orta ağır qiymətləndirilir.