XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

20 İyun 2020 - 17:32

Gömrük Hospitalından Bəhram Bağırzadənin sosial şəbəkələrdə yayılan səs yazısına reaksiya:"Bu, insanlar arasında çaşqınlıq yaradıb"

“Bu günlərdə sosial şəbəkələrdə yayılan səs yazısı insanlar arasında çaşqınlıq yaradıb. Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin 10 gün əvvəl dostlarına ünvanladığı bu səs yazısında o, vəziyyətinin yaxşı olduğu bildirir. Xatırladaq ki, bu mesaj yazılarkən, hələ Bəhram Bağırzadə koronovirus testindən təzə keçmişdi və testin nəticəsi müsbət çıxmışdı”.

Bunu APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının mətbuat katibi Dilara  Zamanova deyib.

D.Zamanovanın sözlərinə görə, ilk günlər vəziyyəti stabil olsa da, iyunun 13-də xəstənin vəziyyəti kəskin pisləşib və o, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib: “Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar. Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.