XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

20 İyun 2020 - 18:36

Yeni İpək Yolunda yük daşımalarına icazələr sistemi ləğv oluna bilər

Belarus hökuməti Yeni İpək Yolu boyu avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarındakı icazələr sistemini ləğv etmək təşəbbüsünü irəli sürüb.

“Report” “BelTA”ya istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Vladimir Makey “Bir kəmər, bir yol” (“Belt and Road”) təşəbbüsü çərçivəsində keçirilən videokonfransda bildirib.

“Biz beynəlxalq avtomobil daşımalarında icazələr sistemini aradan qaldırmalıyıq. Belədə nəqliyyat logistika fəaliyyətinin inkişafına əlavə təkan qazandırılar”, – nazir qeyd edib.

Belarus hökuməti həmçinin ölkələr arasında, xüsusilə də Çindən Avropaya rəqəmli nəqliyyat dəhlizlərinin inkişafını da zəruri hesab edir.

“Müasir peyk naviqasiyası vasitələrini işə salmaqla biz gömrük və s. rəsmiləşdirmə işlərini azaldaraq daşıma müddətini 4-5 gün azalda bilərik”, – V.Makey vurğulayıb.

Həmçinin “Bir kəmər və bir yol” təşəbbüsündə iştirak edən ölkələr arasında infrastruktur zəncirinin zəruri olduğu da diqqətə çatdırılıb: “Sərhədlərdəki dəmir yolu stansiyalarını, avtomobil yollarını, körpüləri, multimod daşımalarını xüsusi olaraq təkmilləşdirməliyik. İnfrastrukturun uzlaşdırılması əməkdaşlıq vasitəsilə inkişafın vacib şərtidir”.