ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İraq hökumətinin köməyi ilə hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının bu ölkədəki düşərgələrini məhv edib.
Bu barədə Birləşmiş Ştatların başçılıq etdiyi ölkələr qrupunun İraqda və Suriyada keçirdiyi “Sarsılmaz qətiyyət” əməliyyatı qərargahının bəyanatında bildirilir.
“İraq hökuməti razılaşma ilə koalisiyanın təyyarəsi İraqda Aş-Şay Vadisində İŞİD-in üç düşərgəsini məhv etdi”, – qərargahda bildiriblər. Qeyd edilir ki, İŞİD-in mövqelərinə hər aviazərbə yalnız İraq hökuməti tərəfindən müvafiq sorğu əsasında olur.