XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

21 İyun 2020 - 09:54

Silahlılar 53 nəfəri girov götürüb –Əfqanıstanda

Əfqanıstanın Daykundi əyalətində silahlı şəxslər aralarında qadınlar və uşaqlar da olmaqla, 53 nəfəri girov götürüb.

Bu barədə “TOLOnews” telekanalı bildirib.

Əyalətin qubernatoru Zia Xamdard qeyd edib ki, silahlılar artıq yerli ağsaqqalların vasitəçiliyi nəticəsində doqquz girovu sərbəst buraxıblar. Digərlərinin azad olması haqqında danışıqlar davam edir.

Qubernator iddia edib ki, insanları radikal “Taliban” hərəkatının döyüşçüləri girov götürüblər. Lakin “talib”lər hadisədəki iştirakları barədə deyilənləri rədd ediblər. /Report