XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

21 İyun 2020 - 12:39

Rusiyada koronavirus:son sutkada 7728 nəfər virusa yoluxub

Rusiyada son sutka ərzində daha 7728 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nn Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 584 680 nəfərə çatıb.

Son sutka ərzində 99 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8111 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 339 711 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.