XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

21 İyun 2020 - 12:56

“Şəxs ürək çatışmazlığı və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi” –Yasamal rayon prokurorluğu məlumat yaydı

İyunun 20-də saat 21 radələrində  paytaxtın Yasamal rayon sakini 1933-cü il təvəllüdlü Yevgeniya Konikovskayanın yaşadığı mənzildə ölməsi barədə rəsmi məlumat yayılıb.

Yasamal rayon prokurorluğundan  verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Baxış zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.

İlkin araşdırmalarla, Yevgeniya Konikovskayanın uzun müddət ürək çatışmazlığı və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. /APA