XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2020 - 10:45

Quba-Xınalıq yolunda uçqun olub –VİDEO

Ötən gün axşam saatlarında Quba-Xınalıq yolunda uçqun baş verib.

Hadisə yolun 52-ci km-də qeydə alınıb. Dağdan qopan qaya parçaları yola düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb. Ərazidə qalan vətəndaşlar qayaların bir hissəsini ərazidən uzaqlaşdıraraq yollarına davam ediblər.

Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin sahə rəisi Bilal Sultanovun verdiyi məlumata görə, əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yol qaya parçalarından tamamilə təmizlənib.

İlkin ehtimala görə, uçquna son günlər yağan intensiv yağışlar səbəb olub. (apa)