XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2020 - 18:49

Azərbaycanda “Yaşıl Kart” sığorta sistemi üzrə xərclər kəskin artıb –İcbari Sığorta Bürosu

2019-cu ildə İcbari Sığorta Bürosunun “Yaşıl Kart” sığorta sistemi üzrə xərcləri 487 min manat təşkil edib.

Bu barədə qurumun maliyyə hesabatında deyilir.

Məlumata görə, bu, 2018-ci illə müqayisədə 5,7 dəfə çoxdur.

Xatırladaq ki, “Yaşıl Kart” avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Sazişin iştirakçıları olan dövlətlərin hər hansı birinin verdiyi şəhadətnamə digər iştirakçı dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan 28 may 2015-ci il tarixində sistemə üzv ölkə qismində qəbul edilib və 1 yanvar 2016-cı il tarixindən sistem çərçivəsində fəaliyyət göstərir.