XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 June 2020 - 10:13

Həkim:"Bəhram Bağırzadənin səhhətində ciddi dəyişiklik yoxdur"

“Əməkdar artist Bəhram Bağırzadənin səhhətində ciddi dəyişiklik yoxdur”.

Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar.