XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2020 - 22:32

İyun ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi- RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ay üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi artıq yekunlaşıb. Həmin sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Nazirlikdən verilən məlumata görə, bundan əvvəl, iyunun 15-dək isə iyun ayının bütün pensiyalarının ödənişi təmin olunub.

Gələn həftə isə bu ay üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi nəzərdə tutulub.