Dünyada koronavirusa yoluxanların ümumi sayı 9 milyon nəfərə yaxınlaşır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST-ün məlumatına görə, son bir gündə dünyada COVID-19-a 133 mindən çox yoluxma aşkar edilib.
Təşkilat qeyd edib ki, ötən sitkada təhlükəli infeksiyadan daha 3 847 ölüm qeydə alınıb. Koronavirusdan ölən pasiyentlərin ümumi sayı 469 587 təşkil edir.
Rəsmi statistikaya əsasən pandemiya ərzində dünyada COVID-19-a yoluxanların sayı 8 993 659 nəfərdir/Report.