Azərbaycanda ödənişli televiziya xidmətindən təxminən 300 000 ailə və yaxud əhalinin 12%-i istifadə edir.
“Report” xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) məlumat yayıb.
Məlumata görə, əhalinin 80%-ə yaxını televiziya siqnalını peyk antennaları vasitəsilə qəbul edir, 8-10% arası əhali isə ev antennalarından istifadə etməklə yerüstü yayımdan bəhrələnir.