XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 08:26

Binanın yanması təxribatdır? – Deputatdan ilginc iddia

“”Azadlıq” metrosunun yanındakı 16 mərtəbəli binanın yanmasının səbəblərini müvafiq qurumlar yəqin ki, ətraflı və operativ araşdıracaq”.

Strateq.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, burada təxribat ehtimalını da istisna etməyib:

Allah etsin ki, ölüm, xəsarət olmasın. İnsanlara yazıq oldu, bir neçə acgözün pul qazanması səbəbinə ikinci binadır ki, sakinlərinin həyatı alt-üst olur. Yəqin ki, burada təxribat ehtimalından da danışılacaq. Ən maraqlısı da budur ki, təxribatçının kim olduğu yenə də diqqətdən kənarda qalacaq. Ancaq bunu tapmaq üçün bir məktəbli uşağın da ağlı kifayət edər. Konkret sual qoyursan və cavab verirsən: Bu və ya başqa binaların üzünə oda davamlı olmayan bu materialların vurulmasına kim göstəriş verib? Əlbəttə, əclaf ermənilər!”.

Strateq.az