XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 18:22

Tələbələrin təqaüdləri niyə gecikdirilir? –Nazirlikdən açıqlama

tehsil-nazirliyi-manset

Azərbaycandakı ali təhsil ocaqlarında tələbə təqaüdləri gecikdirilir. Baxmayaraq ki, II semestrin birinci ayı başa çatıb, tələbələrsə təqaüdlərini ala bilməyiblər.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, tələbələr mart ayının ikinci ongünlüyünə qədər təqaüdlərini alacaqlar: “Maliyyə hesablamaları aparılır. Bu isə bir az vaxt tələb edən məsələdir. Ona görə tələbə təqaüdlərinin verilməsində ləngimələr olub. Amma martın 18-ə qədər tələbələr öz təqaüdlərini ala biləcəklər”.

Xatırladaq ki, tələbə təqaüdləri yeni qaydalarla veriləcək. Artıq imtahan göstəriciləri yüksək olan həm ödənişsiz, həm də ödənişli təhsil alan tələblərə də təqaüd veriləcək.

Modern.az