“Evdə koronavirusla əlaqəli sadəcə az simptomlu vətəndaşların müşahidəsini aparmağı düşünürük. Onların xüsusi müalicəyə ehtiyacı olmayacaq. Təəssüf ki, bu gün bütün dünyada virusun spesifik müalicəsi yoxdur. Bizim istifadə etdiyimiz dərman preparatları də sırf sipmtomların aradan götürülməsi üçün nəzərdə tutulub. Bir mütəxəssis olaraq hər hansı dərman adı çəkə bilmərəm, yoxsa apteklərdə bitə bilər”.
“Report” xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Y.Qarayev bildirib ki, əgər simptom yoxdursa dərman istifadəsi də lazımsızdır: “Nəzərə alın ki, bir dərmanın xeyri qədər ziyanı da var. Dərmanlar həkim təyinatı və nəzarəti olmadan qəbulu ciddi fəsadlara gətirib çıxara bilər”.
TƏBİB rəsmisi qeyd edib ki, fevralın sonunda ölkə xaricindən gəlməsinin qarşısını almağa nail olundu: “Sərhədi keçən hər bir vətəndaş karantinə alındı. Bu rahat idi çünki sırf sərhədlərdə idi. Lakin sonradan ölkə daxilində yayılması vəziyyəti qəlizləşdirdi. Vətəndaşlar təəssüf ki, qoyulan qaydalara düzgün əməl etmir. Xəstəlik bu gün ya ailə-ailə, ya da müəssisə-müəssisə yayılır”.