XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2020 - 23:38

“Texniki yardımla bağlı bütün ölkələrə müraciət olunub”- İshaqzai

“Texniki yardımla bağlı bütün ölkələrdən planların hazırlanması xahiş olunub”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi deyib ki, Azərbaycan və ÜST arasında sıx əməkdaşlıq nəticəsində planlar tərtib olunur və sonradan tərəfdaşlıq platformasına yüklənir.

“ÜST vasitəsi ilə göstərilən texniki yardımın səviyyəsi ölkələrdəki durumdan asılı olur”, – deyə Q. İshaqzai vurğulayıb.

O qeyd edib ki, istər ÜST, istərsə də hökumətin tövsiyələr barədə ictimaiyyətin ətraflı məlumatlı olması çox vacibdir: “Heç bir halda bütün durumları nəzərə alaraq, bir qayda hazırlamaq mümkün deyil. Vacib odur ki, hər bir kəs tibbi maska taxmağın faydasının nə olduğun bilsin. Maskanı taxmaqda məqsəd odur ki, özümüzü, ailə üzvlərimizi, qonşularımızı qoruyaq. Tibbi maska taxmaqla virusun insanlardan insana ötürülməsinin qarşısını alırıq”.